[b]Morata “Mançester Yunayted”ə keçir?[/b]
09.06.2017 - 18:08
[b]Morata “Mançester Yunayted”ə keçir?[/b]

“Real”ın hücumçusu Alvaro Moratanın növbəti mövsümə hansı komandada başlayacağı hələ dəqiqləşməyib. Apasport.az saytı “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı forvardın İngiltərəyə köçmək şansı az deyil.

 

Morata bu günlərdə açıqlamasında “Real”da qalmaq istəyini dilə gətirsə də, xarici mətbuat onun adını “Mançester Yunayted”lə birgə hallandırır.

 

Məlumatda bildirilir ki, “mankunianlar” ispaniyalı futbolçunu razı salıblar. Moratanın sabiq çalışdırıcısı Joze Mourinyo ilə yenidən birgə işləmək istədiyi bildirilir.

 

“Mançester Yunayted” bu keçidin baş tutması üçün 68 milyon avro xərcləməyə hazırdı.