“Mançester Yunayted”in yeni baş məşqçisi Joze Mourinyo qısa müddətdə klubun tarixinə düşə bilib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis buna ardıcıl qələbələrlə nail olub.
Belə ki, mövsümün əvvəlində onun rəhbərliyi altında Superkubok matçında “Lester”i məğlub edən “qırmızı şeytanlar” ardından Premyer Liqanın ilk 3 turunda “Bornmut”, “Sauthempton” və “Hall Siti”yə qalib gəlib. Bununla da Mourinyo “Mançester Yunayted”in “sükanı arxası”nda mövsümün ilk 4 turunu qələbə ilə başa vuran ilk məşqçi olub.
Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 3 turdan sonra maksimum nəticə göstərən 3 komandadan biridi.