[b]Mourinyo ilk tələbini açıqladı[/b]
25.05.2016 - 12:33
[b]Mourinyo ilk tələbini açıqladı[/b]

“Mançester Yunayted”lə razılığa gələn Joze Mourinyo komandaya gətirmək istədiyi oyunçuların siyahısını tutmağa başlayıb. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Madrid “Real”ının hücumçusu Kərim Benzemanın adı qərarlaşıb.

 

Mourinyo rəhbərliklə söhbətində sabiq yetirməsinin “mankunianlar”a transfer olunmasını istədiyini bildirib. Bundan sonra hərəkətə keçən ingilislər qarşı tərəflə danışığa başlayıblar. Hələ ki, “kral klubu” bu təklifə cavab verməyib.

 

2009-cu ildən “Real”ın formasını geyinən fransalı hücumçu 2010-2013-cü illərdə Mourinyonun rəhbərliyi altında çıxış edib.

 

Qeyd edək ki, İspaniya çempionatının başa çatan mövsümündə 27 oyunda iştirak edən Benzema 24 dəfə fərqlənib.