“Vilyareal” hücumçusu Roberto Soldadonu itirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 31 yaşlı forvard ciddi zədə alıb.
Bu gün keçirilən tibbi müayinədən sonra Soldadonun zədəsinin ağır olduğu aşkarlanıb. Belə ki, İspaniya millisinin sabiq üzvünün ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Klub rəsmi saytı vasitəsilə futbolçunun 6 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını bəyan edib. Bu isə o deməkdi ki, Soldado ən azı gələn ilin fevral ayına qədər yaşıl meydanlardan kənarda qalacaq.
Bir sözlə, futbolçu üçün İspaniya Primerosunda hələ startı götürməyən 2016-17 mövsümünün ilk dövrəsi bitib.
- “Sabah”ın rəqibi baş məşqçisi ilə müqaviləni yenilədi
- PSJ “Mançester Yunayted”in müdafiəçisini transfer etmək istəyir
- "Sabah" - "Slaviya" və "Qalatasaray" - "Barselona" matçları bu kanallarda - TV AFİŞA
- “Samsunspor” baş məşqçisi ilə yollarını ayırdı – RƏSMİ
- “Arsenal” üç futbolçusu ilə müqaviləni yeniləyəcək