[b]Mövsümdə ilk dəfə[/b]
27.10.2016 - 13:01
[b]Mövsümdə ilk dəfə[/b]

Bu gün Topaz Premyer Liqasının X turunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Hakimlər Komitəsi mövsümün ilkinə imza atıb.

 

Belə ki, bir hakim ikinci dəfə eyni komandaların matçına təyinat alıb. “Qarabağ”la AZAL arasında qarşılaşma yenidən Orxan Məmmədova tapşırılıb.

 

FİFA referisi I dövrədə meydana çıxardığı komandaların duelində yenidən ədaləti qoruyacaq. Sentyabrın 9-da “Əlincə Arena”dakı görüşdə hakim ağdamlıların 6:0 hesablı qələbəsini qeydə almışdı.

 

Həmin matçda Məmmədov üç futbolçunu sarı vərəqə ilə cəzalandırmışdı. O, meydan sahibi “Qarabağ”dan Maksim Medvedevə, qonaqlardan David Canelidze, Elşad Manafova xəbərdarlıq etmişdi.

 

Qeyd edək ki, cari mövsümün arxada qalan hissəsində belə hal qeydə alınmamışdı.

0