[b]Mövsümə start verildi[/b]
03.10.2017 - 18:51
[b]Mövsümə start verildi[/b]

Azərbaycan çempionatının I divizionunda 2017/18 mövsümünə start verilib. Apasport.az saytının məlumatına görə, ilk turunun birinci oyun günündə 2 görüş baş tutub.

 

Hər iki qarşılaşmada 1 qol vurulub. “Ağsu” doğma divarlar arasında “Zaqatala”dan güclü olubsa, “Mil-Muğan” "AZAL Arena"da “Xəzər”i üstələyib.

 

I divizion

I tur

3 oktyabr (çərşənbə axşamı)

“Xəzər” – “Mil-Muğan” - 0:1
Qol: Əlimərdan Əlimərdanlı, 76


“Ağsu” – “Zaqatala” - 1:0

Qol: Viqar Əlibabayev, 54