[b]MTK-nın kapitanı: Hazırda yaxşı formadayıq...[/b]
12.07.2016 - 12:34
[b]MTK-nın kapitanı: Hazırda yaxşı formadayıq...[/b]

“Yeni taktiki sxemdə oynayırıq. Dəyişikliklər komandaya faydalı oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri MTK klubunun futbolçusu Yozef Kanta deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşacaq Macarıstan təmsilçisinin kapitanı klubun dünən keçirdiyi tədbirdə fikirlərini bölüşüb.

 

Komandasının hazırlığı barədə danışan Kanta hazırda yaxşı formada olduqlarını xüsusi vurğulayıb: “Yayda yaxşı təlim-məşq toplanışı keçdik. Hazırlıq zamanı yeni elementlərə üstünlük verildi. Bu bizim daha da irəliləməyimiz və inkişafımıza faydalı olacaq. Hazırda kollektiv şəkildə yaxşı formadayıq. Bu da edilən dəyişikliklərlə bağlıdı”.

 

Kanta söhbət əsnasında azarkeşləri həm Avrokubok, həm də çempionat görüşlərində onları stadiondan dəstəkləməyə çağırıb: “Ev oyunlarında bizi tək qoymasınlar. Mən azarkeşləri oyunlarımıza stadiondan baxmağa və bizə dəstək olmağa çağırıram”.

 

Qeyd edək ki, MTK-nın “Qəbələ” ilə ilk oyunu iyulun 14-də Macarıstanda, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.