[b]Muarem Qazaxıstan klubuna keçdi[/b]
06.07.2017 - 10:40
[b]Muarem Qazaxıstan klubuna keçdi[/b]

“Qarabağ”la yollarını ayıran Muarem Muaremin yeni klubunun adına aydınlıq gəlib. Apasport.az saytının Makedoniya mətbuatına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi karyerasını Qazaxıstanda davam etdirəcək.

 

Belə ki, Makedoniya yığmasının üzvü “Aktobe” ilə anlaşıb. Bir müddət əvvəl Türkiyə klubu “Adanaspor”a keçidi gözlənilən futbolçu fikrini dəyişərək, Qazaxıstana yollanıb. Muaremin “Qarabağ”la müqavilə müddəti başa çatdığından, o, yeni komandasına azad agent kimi keçib. Yarımmüdafiəçinin bu gün rəsmi müqaviləyə qol çəkməsi və ictimaiyyətə təqdim edilməsi gözlənilir.

 

Qeyd edək ki, bu yay “Qəbələ”dən ayrılan Nika Kvekveskiri isə Qazaxıstanın digər klubu “Tobol”a keçib.