[b]Murat Yakın sabiq klubuna qayıtdı[/b]
25.08.2017 - 16:24
Türk əsilli isveçrəli məşqçi Murat Yakın özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, o, 1992-1997-ci illərdə futbolçu kimi çıxış etdiyi “Qrasshoppers”lə müqavilə bağlayıb.
Məlumat İsveçrə klubu tərəfindən rəsmən açıqlanıb. Yakınla imzalanmış sözləşmənin detalları hələ açıqlanmayıb.
Qeyd edək ki, 42 yaşlı çalışdırıcının son iş yeri İsveçrənin aşağı liqa təmsilçisi “Şafhauzen” olub.
0
0