[b]Mustafa Dənizli “Qalatasaray”dan ayrılır[/b]
29.02.2016 - 00:01
[b]Mustafa Dənizli “Qalatasaray”dan ayrılır[/b]

“Qalatasaray”ın baş məşqçisi Mustafa Dənizli vəzifəsindən istefa verməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun həm daxili birincilikdəki inamsız çıxışı, həm də Avrokuboklardan uzaqlaşması təcrübəli mütəxəssisi belə qərar verməyə məcbur edib.

 

Bu barədə çalışdırıcı özü, Türkiyə Superliqasının 23-cü turu çərçivəsində səfərdə “Qaziantepspor”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında məlumat verib.

 

Bir qərar verdiyini, bunu sabah klub prezidenti ilə görüşdə ona da bildirəcəyini qeyd edən Dənizli çox çalışdıqlarını, ancaq əməklərinin bir nəticə vermədiyini deyib.

 

Türkiyəli həmkarlarımız isə sabah bu qərarın rəsmiləşəcəyini iddia edirlər.

 

Qeyd edək ki, bir müddət “Xəzər Lənkəran”da da çalışmış Dənizli 2015-ci ildən komandaya rəhbərlik edir.