Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında çempionatın XII turuna start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
“Qəbələ” doğma meydanda “Zirə”yə qalib gəlib. “Qırmızı-qaralar” 2:1 hesablı qələbəyə seviniblər.
Digər matçda isə “Qarabağ” “Kəpəz”i eyni hesabla məğlub yola salıb. Ağdam klubunun heyətində əsas komandadan əvəzedicilərə göndərilmiş Namiq Ələsgərov dubl edib.
Əvəzedicilərin çempionatı
XII tur
“Qəbələ” – “Zirə” – 2:1
Qollar: Bəhlul Mustafazadə, 17; Sadiq Quliyev, 85 – Cavidan Ömərli, 69
“Qarabağ” – “Kəpəz” – 2:1
Qollar: Namiq Ələsgərov, 83; 90+3 (p.) – Fərid Məmmədov, 75