“Real” rəhbərliyi komandanın qapı xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı “El Diario Gol” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi “çərçivə”ni Keylor Navasdan daha səviyyəli qolkiperə həvalə etməyi planlaşdırır.
“Kral klubu” “Çelsi”də çıxış edən Tibo Kurtua ilə yaxından maraqlanır. Rəhbərlik belçikalı qapıçını transfer etməkdə israrlıdı. Bu keçid baş tutacağı halda, Navasla yollar ayrılacaq. Kosta-Rika yığmasının üzvünün isə Fransaya köçməsi mümkündü. Belə ki, onun xidmətində PSJ maraqlıdı.
Qeyd edək ki, “Real”a 2014-cü ildə transfer olunan Navas bu komandanın heyətində 108 oyunda forma geyinib.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”