[b]Naxçıvanda gözlənilən tarixi hadisə[/b]
04.05.2017 - 11:07
[b]Naxçıvanda gözlənilən tarixi hadisə[/b]

Azərbaycan kubokunun sabah keçiriləcək final oyunu tarixi hadisə ilə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, bunun üçün Naxçıvandakı qarşılaşmanın 90 və ya 120 dəqiqəsi ərzində cəmi 1 qolun vurulması zəruridi.

 

Çünki “Qarabağ” – “Qəbələ” matçında qeydə alınacaq ilk top ölkə kuboku tarixində 3000-ci top olacaq. 1992-ci ildən keçirilən yarışın 25 illik tarixində indiyədək 2999 qol vurulub.

 

Təbii ki, nəticəsi ləğv olunan matçlar, həmçinin qiyamçı klubların öz başına təşkil etdiyi alternativ oyunlarda vurulan toplar nəzərə alına bilməz. Penaltilər seriyası da statistikada hesablanmadığından indiyədək keçirilən 987 matçda orta hesabla 3,04 qol vurulub.

 

Cari mövsümədək 2929 topun vurulduğu yarışın son turnirində finaladək 70 qol qeydə alınıb. Mövsümün 71-ci qolu tarixin 3000-cisi olacaq.

 

Qeyd edək ki, Azərbaycan kuboku tarixində ilk qolun müəllifi Neftçala “Pambıqçı”sının futbolçusu Elnur Əsgərov olub.

 

Mövsüm

Oyun 

Qol 

Məhsuldarlıq 

1992

11

32

2,91

1993

75

248

3,31

1993/94

70

226

3,23

1994/95

46

151

3,28

1995/96

58

213

3,67

1996/97

51

140

2,75

1997/98

42

167

3,98

1998/99

37

115

3,11

1999/2000

31

69

2,23

2000/01

41

129

3,15

 2001/02

21

68

3,24

2003/04

35

107

3,06

2004/05

49

135

2,76

2005/06

55

144

2,62

2006/07

65

229

3,52

2007/08

59

180

3,05

2008/09

33

96

2,91

 2009/10

37

93

2,51

2010/11

27

60

2,22

2011/12

25

58

2,32

2012/13

26

67

2,58

2013/14

25

70

2,80

2014/15

22

53

2,41

2015/16

24

79

3,29

2016/17

22

70

3,18

Cəmi

987

2999

3,04