[b]Nazarovun baş məşqçisi istefaya göndərildi[/b]
03.03.2017 - 12:30
[b]Nazarovun baş məşqçisi istefaya göndərildi[/b]

Millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, Almaniya təmsilçisinin rəhbərliyi Pavel Dotçevi postundan uzaqlaşdırıb.

 

Bolqarıstanlı çalışdırıcı uğursuz nəticələrə görə istefaya göndərilib. “Aue” rəhbərliyi yeni məşqçi axtarışına çıxıb. Dotçevi kimin əvəzləyəcəyinə yaxın günlərdə aydınlıq gələcək.

 

Qeyd edək ki, “Aue” II Bundesliqada 22 turdan sonra 18 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.