[b]Nazarovun komandası “Volfsburq”a qarşı[/b]
31.08.2017 - 17:40
Millimizin üzvü Dmitri Nazarovun komandası “Aue” bu gün yoldaşlıq matçı keçirəcək. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi “Volfsburq”la oyunda qüvvəsini sınayacaq.
Hazırda Azərbaycan yığmasının düşərgəsində olan Nazarov “Aue”nin məşqlərində iştirak etmir.
Komandanın məşqçisi Robert Lenk bu görüşdə oyun praktikası baxımından əziyyət çəkən futbolçulara şans veriləcəyini deyib.
“Volfsburq”un da matça ikinci heyətlə çıxacağı bildirilir. Belə ki, Mario Qomes də daxil olmaqla, komandanın əksər üzvləri hazırda yığmaların düşərgəsindədi.
0
0