[b]Nazarovun komandası darmadağına üzüldü[/b]
16.09.2017 - 10:26
[b]Nazarovun komandası darmadağına üzüldü[/b]

Almaniya II Bundesliqasında VI turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” də növbəti qarşılaşmasına çıxıb.

 

Onlar “Kiel” komandasını qəbul ediblər. Nazarovun 90 dəqiqə meydanda olduğu görüş darmadağınla yekunlaşıb. Lider “Kiel” “Aue”ni 3:0 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, aktivində 7 xalı olan Nazarovun komandası 12-ci yerdədi.