Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşlərinin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, yarımfinalçılar eyni gündə - martın 9-da bəlli olacaq.
1/4 finalın son günü saat 14:00-da “İnter” – “Rəvan” matçı ilə başlayacaq. 1 saat sonra isə paytaxtdan kənarda keçiriləcək iki qarşılaşmaya start veriləcək.
Sonuncu yarımfinalçı isə “Böyük oyun”da bəlli olacaq. Saat 17:00-da “Neftçi” “Xəzər Lənkəran”ı sınağa çəkəcək.
1/4 final, cavab oyunları
9 mart (çərşənbə)
14:00. “İnter” – “Rəvan”
“İnter Arena”
İlk oyun – 1:2
15:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu
İlk oyun – 2:1
15:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
İlk oyun – 0:2
17:30. “Neftçi” – “Xəzər Lənkəran”
8-ci km qəsəbə stadionu
İlk oyun – 2:3
Mənbə: pfl.az