Avropanın yaşıl meydanlarında bir neçə yoxlama oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, Türkiyə millisi evdə İsveçlə qarşılaşıb.
"Ay-ulduzlular" Antalyada skandinaviyalıları 2:1 hesabıyla məğlub ediblər.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Çexiya evdə Şotlandiyaya minimal hesabla məğlub olub.
Qrupumuzdakı digər komandalardan Norveç səfərdə Estoniya ilə (0:0), Şimali İrlandiya isə Uelslə (1:1) heç-heçə edib.
Son Avropa çempionatının finalçıları - İspaniya və İtaliya isə Udinedə "sülh bağlayıblar".
Yoxlama oyunları
24 mart
Malta - Moldova 0:0
Estoniya - Norveç 0:0
Yunanıstan - Monteneqro 2:1
Qollar: Tzavelas, 54. Karelis, 62 - Tomaşeviç, 56.
Türkiyə - İsveç 2:1
Qollar: Cenk Tosun, 32; 81 - Qranqvist, 74.
Danimarka - İslandiya 2:1
Qollar: Yorgensen, 50; 54 - Traustason, 90.
Ukrayna - Kipr 1:0
Qol: Stepanenko, 40.
Çexiya - Şotlandiya 0:1
Qol: Anya, 10.
İtaliya - İspaniya 1:1
Qollar: İnsiqne, 68 - Aduris, 70.
Uels - Şimali İrlandiya 1:1
Qollar: Çurç, 89-pen - Ketkart, 59