[b]Nelson Bonilla “Zirə”dən ayrılır: Təkliflər var[/b]
12.04.2016 - 11:03
[b]Nelson Bonilla “Zirə”dən ayrılır: Təkliflər var[/b]

“Azərbaycan futboluna uyğunlaşmaq üçün iki dəfə çox çalışıram. Bu da mənim çox xoşuma gəlir”. Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin hücumçusu Nelson Bonilla deyib.

 

Topaz Premyer Liqasının XXIX turunda “Rəvan”la (4:0) qarşılaşmada het-trik edərək qollarının sayını 13-ə çatdıran 26 yaşlı hücumçu ölkəsi Salvadorun radiolarından birinə açıqlama verib.

 

Çempionatımızın bombardiri “Zirə” ilə medal qazanmaq arzusunda olduğunu bildirib: “Yaxşı kollektivimiz var. Hazırda çempionatda 2-ci pillədə qərarlaşmışıq. Məqsədimiz mövsümü medalçılar sırasında bitirməkdi. Bunun üçün əlimdən gələni edəcəm. Baş məşqçimiz də mənə çox güvənir”.

 

Salvador millisinin forvardı artıq təkliflər aldığını da gizlətməyib: “Doğrudu, təkliflər var. Bunu normal hesab edirəm. Amma rəsmi heç nə yoxdu. İndi bütün diqqətimi çempionatın qalan oyunlarına yönəltmişəm”.

 

0