“2016-cı ili əla keçirdim. İlin mənim üçün ən yaxşı hədiyyəsi isə dünyanın güclü çempionatlarından birinə köçməyim oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin sabiq hücumçusu Nelson Bonilya deyib.
Yayda “Nasional”a transfer olunan salvadorlu futbolçu Portuqaliya klubunda keçirdiyi 14 oyunda aktivinə 2 qol və 3 assist yazdırıb.
Ölkəsinin mətbuatına müsahibə verən Bonilya başa çatmaz üzrə olan 2016-cı ili yaxşı keçirdiyini və Portuqaliyada uzun müddət qalmaq istədiyini blidirib: “Bu il çoxlu qol vurdum. Nəticədə dünyanın ən güclü çempionatlarından birində oynamaq şansı qazandım. Çoxdan məhz bunu arzulayırdım. Ümid edirəm ki, Portuqaliyada uzun illər qalacağam. “Nasional”da ilk ayları komandaya uyğunlaşmağa həsr etdim. Müəyyən müddətdən sonra isə baş məşqçinin etimadını qazana bildim”.
Qeyd edək ki, Bonilya 2015/16 mövsümündə “Zirə”nin heyətində ümumilikdə 31 oyunda 17 qola imza atmışdı.