“Barselona”nın hücumçusu Neymar İspaniya vətəndaşlığını ala bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı İspaniya KİV-i yayıb.
Xəbərdə bildirilir ki, Neymar “Barselona”da qalacağı təqdirdə, sentyabrda İspaniya pasportunu ala biləcək və ikili vətəndaşlığı olacaq. Belə ki, İspaniya ilə Braziliya arasındakı anlaşmaya görə, braziliyalılar İspaniyada 2 il yarım yaşadıqdan sonra vətəndaşlıq üçün müraciət edə bilərlər.
İndi Neymarın müvafiq sənədləri toplayıb müraciət etməsi gözlənilir. 25 yaşlı forvard sadələşdirilmiş qaydada vətəndaşlıq ala biləcək. Bundan sonra isə o, “Barselona”da yerli oyunçu statusunda çıxış edəcək.
Qeyd edək ki, “Barselona”nın 2013-cü ildə “Santos”dan transfer etdiyi Neymar PSJ-nin maraq dairəsindədi.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi