[b]Niko Kovaç Azərbaycan səfərindən ehtiyatlanır[/b]
10.03.2015 - 09:37
[b]Niko Kovaç Azərbaycan səfərindən ehtiyatlanır[/b]

“Avropa çempionatının budəfəki final mərhələsi daha maraqlı keçəcək. Çünki Fransada 24 komanda mübarizə aparacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç deyib.

 

Avro-2016-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan xorvatlar 4 oyundan sonra 10 xalla turnir cədvəlinə başçılıq edirlər. Kovaç da komandasının final mərhələsinə adlayacağına şübhə etmir: “Düzdü, qarşıda hələ 6 oyunumuz var. Xüsusən də, çətin səfər matçları keçirəcəyik. Ancaq Xorvatiya millisi qrupda ilk “üçlük”də yer almaq iqtidarındadı. Hədəfimiz Avro-2016-nı uğurlu keçirmək və Fransadakı turnirdə tarix yazmaqdı”.

 

Qeyd edək ki, Xorvatiya millisi sentyabrın 3-də seçmə mərhələ çərçivəsində Azərbaycan yığmasının qonağı olacaq.