[b]Norveç yığmasını Azərbaycanla oyuna kim çıxaracaq?[/b]
16.11.2016 - 15:50
[b]Norveç yığmasını Azərbaycanla oyuna kim çıxaracaq?[/b]

Per-Matias Hoqmo ilə yolları ayıran Norveç yığmasının yeni baş məşqçisinin adı hələ müəyyənləşməyib. Apasport.az saytının məlumatına görə, bu posta 2 əsas namizəd var.

 

Norveç mətbuatı iddia edir ki, assosiasiya rəhbərliyi ilk olaraq, Stole Solbakkenlə danışıqlara başlayıb. 48 yaşlı çalışdırıcının adı hələ Hoqmo baş məşqçi olduğu dönəmdə də Norveç millisi ilə birgə hallanırdı. Lakin hazırda “Kopenhagen”in “sükan”ı arxasında olan Solbakkenin “hə” cavabı verəcəyi inandırıcı görünmür. 2013-cü ildən Danimarka klubunu çalışdıran norveçli mütəxəssis işindən razıdı.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının danışığa başladığı digər məşqçi isə Erik Hamrendi. 7 il İsveç millisini çalışdırmış 59 yaşlı çalışdırıcı hazırda işsizdi. Bu mənada, Hamrenin Norveçin yeni baş məşqçisi olacağı daha inandırıcı görünür.

 

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsində Azərbaycanla ilk görüşündə məğlub olan (0:1) Skandinaviya təmsilçisi millimizlə ikinci oyununu gələn il, sentyabrın 1-də Osloda keçirəcək.