Növbəti mövsümə hazırlaşan “Xəzər Lənkəran” təlim-məşq toplanışına Türkiyənin Ərzurum bölgəsində start verəcək. Apasport.az xəbər verir ki, “ağ-yaşıllar” iyunun 24-də məşqlərə başlamaq üçün səfərə yollanacaq.
Komandanın türkiyəli baş məşqçisi Oğuz Çətin özü məhz ölkəsində hazırlıq keçmək istəyib. Bunun səbəbini isə qardaş ölkə mətbuatına belə izah edib: “Buraları gördüm və şahid oldum ki, komandaların hazırlıq keçməsi üçün burda yaxşı şərait var. Hər komanda Ərzuruma rahat gələ bilər. Məşq meydançalarının çox olması buranın üstünlüyüdür. Mən hər şeyi bəyəndim. Bir komanda ehtiyacı olan hər şeyi burda tapa bilər. Bir neçə ilə sonra bura önəmli bir mərkəz olacaq. Avropadan heç fərqi yoxdur. Havası da əladır. İnanıram ki, “Xəzər Lənkəran”la burda özümüzə lazım olan hazırlıq prosesini keçə biləcəyik”.