[b]Ölkə xaricindən "Turan Tovuz"a təbrik[/b]
15.04.2017 - 00:48
[b]Ölkə xaricindən "Turan Tovuz"a təbrik[/b]

Futbol üzrə I divizionda sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirən "Turan Tovuz" ölkə xaricindən təbrik alıb. Apasport.az saytının məlumatına görə, "Turan"ın sabiq baş məşqçisi Naci Şensoy feysbuk səhifəsi vasitəsilə komandanın uğurunu vurğulayıb.

 

Türkiyəli mütəxəssis "Turan Tovuz"un Premyer Liqada iştirak edəcəyinə inandığını qeyd edib: "Üç fərqli dövrdə baş məşqçisi olduğum və azarkeşlərin möhtəşəm dəstəyi sayəsində uğurlar qazandığım "Turan" komandasının I diviziondakı çempionluğunu cani-könüldən təbrik edirəm. Ümid edirəm ki, AFFA "Turan"a hər hansı bir maneə yaratmaz və bu komanda layiq olduğu Premyer Liqada mübarizə aparar".

 

Qeyd edək ki, Naci Şensoy 2002-03, 2004-05 və 2012-ci illərdə "Turan"ı çalışdırıb. Sonradan bu komanda fəaliyyətini dayandırıb və hazırda Tovuzu "Turan Tovuz" təmsil edir.