“Lester”in yarımmüdafiəçisi Riyad Mahrez Barselona aeroportunda görülüb. Apasport.az saytının məlumatına görə, bu barədə Fransanın “SFR Sport 1” kanalı xəbər yayıb.
Transfer görüşləri üçün Əlcəzair millisinin baş məşqçisindən xüsusi icazə alan və komandanın düşərgəsindən ayrılan Mahrezin Kataloniya paytaxtında görülməsi onun “Barselona”ya keçəcəyi ilə bağlı söz-söhbətləri daha da gücləndirib.
Şimali afrikalı vingerin xidmətində bir çox klublar maraqlı olsalar da, İspaniya mətbuatının da iddiasına görə, o, məhz “Barselona” ilə anlaşacaq. Artıq keçidin məbləği də açıqlanıb. Bildirilib ki, katalonlar bu transfer üçün “Lester”ə 50 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2014-cü ildən “Lester”də çıxış edən Mahrez bu komanda ilə İngiltərə çempionu olub.