[b]Premyer Liqada meydan sahiblərinin günü - YENİLƏNİB[/b]
30.10.2016 - 17:52
[b]Premyer Liqada meydan sahiblərinin günü - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında X tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, ikinci oyun günündə ortababların duelləri baş tutub.

 

İlk olaraq 4-cü yer uğrunda mübarizə aparan “Kəpəz”lə “Zirə” münasibətlərinə aydınlıq gətiriblər. Birinci dövrədə rəqibinə uduzan bakılılar məğlubiyyətin əvəzini çıxmağa nail olublar. Zirəlilərin heyətində Cavid Tağıyev fəallığı ilə seçilib. İlk hissədə oyunda hesab açılmayıb. İkinci hissədə isə vəziyyət dəyişib.

 

Əvvəlcə 69-cu dəqiqədə qapıçı Tadas Simaitisin kobud səhvini Cavid Tağıyev dəyərləndirib. Bu azmış kimi qolla bərabər gəncəlilər həm də azlıqda qalıblar. Belə ki, qapıçıya qarşı kobudluğu əsas gətirərək hakimə sərt etiraz edən qonaqların kapitanı Tural Axundov qırmızı vərəqə ilə cəzalandırılıb.

 

Cavid Tağıyev bir də 80-ci dəqiqədə səhnəyə çıxıb. Fərdi ustalığı sayəsində cərimə meydançasına daxil olan oyunçunu Renan Silva kobudluqla dayandırıb. Təyin olunmuş penaltini isə Elvin Məmmədov dəqiq yerinə yetirib və oyunun nəticəsini müəyyənləşdirib.

 

Turun son oyununda isə "İnter" "Sumqayıt"ı məğlub edib. "Kimyaçılar" səfərdə erkən qol vursalar da, bu, onlara baha başa gəlib. Belə ki, tezliklə özünə gələn meydan sahibləri ilk hissəni bərabərliklə, oyunu isə 3:1 hesablı qələbə ilə başa vurublar. Nizami Hacıyev dublla yadda qalıb. 

 

Topaz Premyer Liqası

X tur

 

30 oktyabr (bazar)
 

“İnter” – “Sumqayıt” - 3:1

Qollar: Zurab Xizanişvili, 21, Nizami Hacıyev, 55, 80 - Mirabdulla Abbasov, 3
 

I dövrədəki oyun: 2:1
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev 
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”

 

“İnter”: 1. Səlahət Ağayev, 3. Denis Silva, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22.  İlkin Qırtımov, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 4. Slavik Alxasov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşqın, 27. Adrian Skarlatake, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad

Baş məşqçi: Zaur Svanadze

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 7. Vaqif Cavadov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 42. Kamran Abdullazadə, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Seymur Əsədov, 8. Nicat Muxtarov, 9. Amil Yunanov, 
10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 66. Afşin Esmaeilzadə

Baş məşqçi: Samir Abasov

 

 

“Zirə” – “Kəpəz” - 2:0

Qollar: Cavid Tağıyev, 69, Elvin Məmmədov, 82 (pen.)

Qırmızı vərəqə: Tural Axundov, 70


I dövrədəki oyun: 0:2
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Vüsal Qənbərov, Cavanşir Yusifov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
Zirə İdman Kompleksinin stadionu

 

“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 23. Yovan Krneta, 44. Migel Lorenso, 28. Təmkin Xəlilzadə, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 19. Nurlan Novruzov, 20. Sezar Meza Kolli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 38. İlkin Muradov, 92. Cavid Tağıyev
Baş məşqçi: Adil Şükürov

 

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 6. Ceyhun Cavadov, 19. Orxan Əliyev, 77. Serjio Kosta, 9. Tural Qürbətov, 90. Julien Ebah
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 23. Tural Nərimanov, 17. Nicat Qurbanov, 80. Tural Rzayev, 21. Novruz Məmmədov, 4. Qaraxan Əliyev, 8. Elcan Rəhimov
Baş məşqçi: Şahin Diniyev

 

 

Turnir cədvəli

 

1

Qəbələ

10

7

3

0

26-4

24

2

Qarabağ

10

7

1

2

21-5

22

3

İnter

10

5

5

0

16-9

20

4

Zirə

10

4

2

4

10-10

14

5

Kəpəz

10

2

5

3

7-10

11

6

Sumqayıt

10

2

3

5

9-17

9

7

Neftçi

10

2

0

8

7-24

6

8

 AZAL

10

0

3

7

4-21

3

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) - 7

 

0