Avstriyada təlim-məşq toplanışında olan “Bursaspor” ikinci yoldaşlıq görüşünü keçirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-yaşıllar” bu dəfə “İnqolştadt”la matçda qüvvəsini sınayıb.
İlk oyunda “Lids” üzərində böyükhesablı (3:0) qələbə qazanan Superliqa təmsilçisi Almaniya klubu ilə matçda qolsuz bərabərə qalıb. Azərbaycanın gənclər millisinin futbolçusu Ozancan Kökcü yenə meydana çıxıb. Baş məşqçi Pol Le Quen “Lids”lə qarşılaşmada olduğu kimi, “İnqolştadt” önündə də ikinci hissədə Ozancana şans verib. Yığmamızın digər üzvü Dəniz Yılmaz isə bu qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, “Bursaspor”un Avstriya toplanışı iyulun 28-nə qədər davam edəcək.
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək