[b]Ozobiçli Xorvatiya yenə uduzdu[/b]
14.01.2017 - 14:31
“Çin kuboku 2017”də III yer uğrunda oyun keçirilib. Apasport.az saytının məlumatına görə, ilk matçlarında uduzan Çin və Xorvatiya milliləri sonuncu olmamaq üçün mübarizə aparıb.
Komandaların hərəyə bir qol vurduğu matçda qalib müəyyənləşməyib – 1:1. Oyunun taleyinə penaltilər seriyası aydınlıq gətirib. 4:3 hesabı ilə qalib gələn asiyalılar 3-cü olub.
“Qəbələ”nin futbolçusu Filip Ozobiç start “11-liy”indən kənarda qalsa da, 90+1-ci dəqiqədə komanda yoldaşını əvəzləyib. Yarımmüdafiəçi penaltilər seriyasında 2-ci zərbəni dəqiq yerinə yetirib. Lakin bu qol komandasına kömək etməyib.
0
0