“Qəbələ”nin futbolçusu Filip Ozobiç Topaz Premyer Liqasının rekordunu təkrarlayıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı buna ardıcıl 3 oyunda qol vurmaqla nail olub.
XII turun “Zirə” (1:0) ilə matçında qələbə qoluna imza atan yarımmüdafiəçi ardınca “Qarabağ”la görüşdə (1:2) də hesabı açmışdı. “Kəpəz”lə qarşılaşmada (2:1) ilk qolu vuran Filip hər üç matçda hesabı açan futbolçu olub. O, bu uğurlu seriyasını 2017-ci ildə də davam etdirmək imkanına malikdi.
Cari mövsümdə Ozobiçə qədər yalnız bir futbolçu ardıcıl 3 matçda qol sevinci yaşayıb. “İnter”in hücumçusu Ağabala Ramazanov VI-VIII turlarda meydanı qolsuz tərk etməyib. Öncə AZAL (3:1), ardınca “Zirə” (1:1) və “Qəbələ” (1:1) ilə matçlarda fərqlənmişdi.