Xorvatiyalı Filip Ozobiç “Qəbələ”də ilk dubluna imza atıb. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XVII turunun AZAL-la ev oyununda (2:0) qonaqların qapısından iki qol keçirib.
Cari mövsüm öncəsi, 2016-cı ilin yayında “Qəbələ”yə transfer olunan və məhsuldar çıxışı ilə seçilən Filip sonuncu dublunu vətənində gerçəkləşdirib. O, “Slaven”də çıxış edərkən dubl müəllifi olub.
Ozobiç “Slaven” klubunun formasında “Zadar”la ev qarşılaşmasında fərqlənib. 5:1 hesabı ilə nəticələnən matç 1004 gün əvvəl keçirilib. 2014-cü il mayın 11-dəki qarşılaşmadan sonra yarımmüdafiəçi bir matçda 2 qol vurmağı bacarmamışdı.
Qeyd edək ki, Filip Qəbələnin eyniadlı komandasında 12 qol vurub.