İspaniya Kral Kubokunun 1/8 final cütlükləri bəlli olub. Apasport.az saytının məlumatına görə, bu mərhələdə “Real”ı güclü rəqib gözləyir.
Belə ki, “kral klubu” yoluna davam etmək üçün “Valensiya” səddini keçməli olacaq. Digər Madrid klubu “Atletiko” isə “Sevilya” ilə münasibətlərinə aydınlıq gətirəcək. Kubokun son qalibi “Barselona” “Osasuna”nı sınağa çəkəcək.
Ümumiyyətlə, 1/16 final səddini aşan 16 komandadan 2-si Sequnda təmsilçisidi. Bunlar “Kordoba” və “Alkorkon” klublarıdı.
1/8 final mərhələsinin cütlükləri
“Real” – “Valensiya”
“Alkorkon” – “Eybar”
“Deportivo” – “Vilyarreal”
“Sevilya” – “Atletiko”
“Selta” – “Kordoba”
“Osasuna” – “Barselona”
“Real Sosyedad” – “Las Palmas”
“Alaves” – “Atletik”