“Çelsi” mövsümün sonunda hücum xəttini gücləndirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Antonio Konte rəhbərlikdən daha bir ön xətt oyunçusu istəyib.
Maraqlıdı ki, italiyalı mütəxəssis sabiq “Çelsi”li Romelu Lukakunun xidmətində maraqlıdı. O, “Everton”un formasını geyinən belçikalı forvardın hücumdakı rəqabəti artıracağını düşünür. Əgər 24 yaşlı oyunçu “zadəganlar”a qayıtmağa razılıq versə, londonlular qarşı tərəflə danışıqlara başlayacaqlar.
Qeyd edək ki, Romelu Lukaku 2011-2014-cü illərdə müqavilə ilə “Çelsi”yə məxsus olub və məhz ordan “Everton”a keçib.