[b]Braziliyaya ağır zərbə, yığmamızın potensial rəqibi bəlli oldu[/b]
22.09.2016 - 09:36
[b]Braziliyaya ağır zərbə, yığmamızın potensial rəqibi bəlli oldu[/b]

Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsində növbəti 3 oyun keçirilib. Apasport.az saytının məlumatına görə, mundialın ən böyük sensasiyası da bu oyun gününə təsadüf edib.

 

Əvvəlki 7 çempionatın 5-də qalib gələn və yenə əsas favorit sayılan Braziliya gözlənilmədən mübarizəni dayandırıb. Pentakampeonlar 4:4 hesabı ilə başa çatan matçın penaltilər seriyasına İrana uduzub – 2:3. Bununla da Braziliyanın DÇ-lər tarixində ilk dəfə mükafatçılar sırasına yüksəlməyəcəyi rəsmiləşib. Asiyalılar isə 1/4 finalda Paraqvayla qarşılaşacaq.

 

Digər iki oyunda isə pireneylilər asan qələbə qazanıb. İspaniya Qazaxıstanı 5:2, Portuqaliya Kosta-Rikanı 4:0 hesabı ilə məğlub edib. Bununla da Portuqaliya Azərbaycan yığmasının potensial rəqibi olub. Bu gün Tailandla görüşən millimiz mərhələ keçsə, 1/4 finalda pireneylilər qarşılaşacaq. İspaniya isə növbəti raundda Rusiya ilə üz-üzə gələcək.

 

Futzal üzrə DÇ-2016

1/8 final

21 sentyabr

Braziliya – İran – 4:4, pen.2:3

İspaniya – Qazaxıstan – 5:2

Portuqaliya – Kosta-Rika – 4:0