[b]PFL-ə yeni prezident seçildi[/b]
11.11.2016 - 18:00
[b]PFL-ə yeni prezident seçildi[/b]

Fransa millisinin sabiq baş məşqçisi Raymon Domenekə yeni vəzifə verilib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatəna görə, 64 yaşlı mütəxəssis futbol federasiyasında çalışmaqda davam edəcək.

 

Bir müddətdi Fransa Peşəkar Futbol Liqasının (PFL) baş direktoru kimi fəaliyyət göstərən Domenek bundan sonra PFL-in prezidentliyini edəcək. Bir çox ölkədə olduğu kimi, Fransada da PFL ölkə çempionatları və kubok yarışlarını təşkil edir.

 

Qeyd edək ki, Raymon Domenek məşqçilik karyerası ərzində “Lion” klubunu və Fransa millisini çalışdırıb.