[b]PFL klublara vaxt verdi[/b]
04.08.2016 - 11:30
[b]PFL klublara vaxt verdi[/b]

Futbol üzrə Azərbaycan çempionatının I divizionunda çıxış etmək istəyən klublara vaxt qoyulub. Apasport.az saytının məlumatına görə, komandalar tələb olunan sənədləri avqustun 15-dək Peşəkar Futbol Liqasının müvafiq departamentinə təqdim etməlidirlər.

 

Buna uyğun olaraq, I divizion iştirakçılarının sayı müəyyənləşəcək. Bu prosedur başa çatdıqdan sonra yarışın püşkatmasının tarixi bəlli olacaq.