[b]Podolski “Qalatasaray”la bağlı qərarını verdi[/b]
07.04.2016 - 17:49
[b]Podolski “Qalatasaray”la bağlı qərarını verdi[/b]

“Qalatasaray”dan ayrılmaq fikrim yoxdu. Heç vaxt deməmişəm ki, burdan getmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qalatasaray”ın futbolçusu Lukas Podolski deyib.

 

Türkiyə mətbuatına danışan 31 yaşlı yarımmüdafiəçi medianın haqqında yanlış informasiyalar yaymasından gileylənib.

 

O bildirib ki, cəzalandırılacağı ilə bağlı yayılmış xəbərlər reallığı əks etdirmir: “Haqqımda yanlış məlumatlar çıxır. Rəhbərliyin məni cəzalandıracağını yazırlar. Guya gördüyüm sarı vərəqələrə görə cəzalanacağam. Amma belə bir şey yoxdu”.

 

Podolski söhbət əsnasında “Qalatasaray”da baş məşqçi dəyişikliyinə də toxunub: “12 ildi futbolun içindəyəm. Baş məşqçi dəyişikliyinin şok yaşatdığını heç vaxt görmədim. Riekerink ilə qısa müddətdi birgə çalışırıq. Tez bir zamanda hər şeyi dəyişməsi mümkün deyil. Əslində məşqçilərin yaxşı nəticə verməsi üçün mövsümdən öncə təlim-məşq toplanışları keçməsi lazımdı. Riekerinkin isə belə bir imkanı olmadı. Bununla belə, cari mövsümdə komandaya nəsə qazandıracağını düşünürəm”. 

 

0