[b]Polşalı müdafiəçinin Premyer Liqa klubuna keçidi rəsmiləşdi[/b]
02.07.2017 - 19:36
İngiltərə Premyer Liqasında mübarizə aparan "Sauthempton" heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “müqəddəslər” polşalı müdafiəçi Yan Bednareki heyətinə qatıb.
21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Polyak arxa xətt oyunçusunun transfer məbləği barədə açıqlama verilməyib.
Qeyd edək ki, Bednarek son mövsümdə "Lex"in heyətində 34 oyunda meydana çıxıb, 1 qol vurub.
0
0