[b]Poqba “Mançester Yunayted”lə razılaşdı[/b]
14.07.2016 - 14:12
“Mançester Yunayted” klubunun rəhbərliyi “Yuventus”un futbolçusu Pol Poqbanı transfer etməyə çox yaxındı. Apasport.az saytı xarici mətbuata istinaedən xəbər verir ki, “mankunianlar” fransalı yarımmüdafiəçinin razılığını alıblar.
İngilislər keçidi rəsmiləşdirmək üçün “Yuventus”la da ortaq məxrəcə gəlməlidi. Turin təmsilçisi Poqbaya görə 100 milyon avro tələb edir ki, bu məbləğ qarşı tərəfi razı salmır.
Razılıq baş tutacağı təqdirdə, Poqba “Mançester Yunayted”də həftəyə 208 min funt-sterlinq qazanacaq.
Qeyd edək ki, Poqba “Yuventus”a 2012-ci ildə məhz “Mançester Yunayted”dən keçib.
0
0