[b]Premyer Liqa klubundan növbəti transfer[/b]
05.07.2017 - 23:05
İngiltərə Premyer Liqa təmsilçisi “Everton” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, Mersisayd klubu Fransanın “Mets” komandasından yarımmüdafiəçi Boris Matisi transfer edib.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb.
İyunun 30-da "Mets"lə müqaviləsinin müddəti başa çatan fransalı futbolçu "Everton"la 2 illik müqavilə imzalayıb.
0
0