[b]Premyer Liqa tarixində ilk: İslandiyada...[/b]
14.06.2017 - 20:09
[b]Premyer Liqa tarixində ilk: İslandiyada...[/b]

Yeni mövsüm hazırlıqları çərçivəsində “Vest Hem” “Mançester Siti” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, görüşün maraqlı tərəfi Reykyavikdə baş tutacağıdır.

 

Belə ki, ilk dəfə iki Premyer Liqa klubu İslandiyada qarşı-qarşıya gələcəklər. Matç avqustun 4-də keçiriləcək.

 

“Vest Hem”in baş məşqçisi Slaven Biliç oyun haqqında açıqlamasında ilkə imza atmaqdan məmnun olduqlarını bildirib: “İslandiyada oynayacaq ilk klub olmaqdan çox məmnunuq. Skandinaviyaya səfəri çox səbirsizliklə gözləyirik. Biz İslandiyanın necə güclü komanda olduğunu və onların futbol olan marağını AÇ-2016-da gördük. Kiçik ölkə olsa da, bizim orda dəstəkçilərimiz çoxdu”.