[b]Premyer Liqa tarixinin ən baxımlı qolu açıqlandı[/b]
15.08.2017 - 13:30
İngiltərə çempionatının ən gözəl qolu seçilib. Apasport.az saytı xəbər verir ki, BBC oxucuları arasında keçirilən səsvermə nəticəsində Premyer Liqa tarixinin ən baxımlı qolu bəlli olub.
“Arsenal”ın futbolçusu Denis Berqkampın 2002-ci ildə “Nyukasl”a vurduğu qol digərlərini qabaqlayıb. Belə ki, həmin qol 31 faiz səs toplayıb.
İkinci yeri “Lids”in hücumçusu Toni Yeboanın 1995-ci ildə “Uimbldon”la matçda imza atdığı, üçüncü pilləni isə Ueyn Runinin “Mançester Yunayted”in heyətində 2011-ci ildə “Mançester Siti”yə vurduğu qol tutub.
0
0