[b]Premyer Liqada 4 cəzalı[/b]
31.10.2016 - 10:55
[b]Premyer Liqada 4 cəzalı[/b]

Topaz Premyer Liqasının X turu 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, üç oyunçu sarı vərəqə, biri isə qırmızı vərəqə üzündən XI turu buraxacaq.

 

Ən ağır zərbə “Kəpəz”ə dəyib. Gəncəlilər kapitanı Tural Axundovla legioneri Renan Silvanı itirib. “Zirə” ilə matçdakı (0:2) sarı vərəqə sonuncu üçün 4-cü olubsa, Tural meydandan qovulub. Onlar “Sumqayıt”la ev matçını buraxacaqlar.

 

“Zirə” də “Kəpəz”lə matçda futbolçu itkisinə üzülüb. 4-cü sarı vərəqəsini alan Təmkin Xəlilzadə “Qarabağ”la ev qarşılaşmasında şans qazanmayacaq.

 

“Qarabağ”a uduzan (0:1) AZAL Tural Hümbətovu itirib. Xəbərdarlıq sayı 4-ə çatan futbolçu “Qəbələ” ilə ev oyununda “istirahət edəcək”.