[b]Premyer Liqada bütün oyunların başlama vaxtı bilindi[/b]
14.09.2017 - 17:33
[b]Premyer Liqada bütün oyunların başlama vaxtı bilindi[/b]

Azərbaycan Premyer Liqasının V turunda keçiriləcək bütün oyunların başlama vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi” – “Zirə” qarşılaşmasından sonra digər 3 görüşün təqvimi də bəlli olub.

 

Sentyabrın 16-da “İnter Arena”da baş tutacaq “İnter” – “Sumqayıt” oyunu saat 16:30-da start götürəcək.

 

Sentyabrın 17-də isə əvvəlcə “Qarabağ”la “Kəpəz” meydana çıxacaq. Son çempionla gəncəlilərin Tofiq Bəhramov adına Respublika stadionundakı dueli 18:30-da başlayacaq. Saat 21:00-da isə “Dalğa Arena”da “Səbail”lə “Qəbələ” üz-üzə gələcək.

 

Qeyd edək ki, “Neftçi” – “Zirə” matçının start fiti saat 19:00-da veriləcək.