Belçika yığmasının futbolçusu Romelu Lukaku İngiltərə futbolu tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Premyer Liqanın bir klubundan digərinə keçən ən bahalı oyunçu adını qazanmağa yaxındı.
Belə ki, “Mançester Yunayted” Lukakunun transferi üçün “Everton”a 75 milyon funt sterlinq ödəməlidi. Artıq klublar bu barədə razılığa gəlib. Transferin gerçəkləşməsi üçün Mançester təmsilçisinin futbolçu ilə müqaviləni razılaşdırması lazımdı.
Bunadək rekord Fernando Torresə məxsus idi. İspaniyalı “Liverpul”dan “Çelsi”yə 50 milyon funt sterlinqə keçmişdi.
Qeyd edək ki, Lukaku ötən mövsüm Premyer Liqada 37 oyunda 24 qol vurub.