Azərbaycan Premyer Liqasının daha bir ən yaxşısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, əksər göstəricilərdə olduğu kimi, ən çox quru oyun keçirən qapıçılar arasında 1-ci yerin sahibi də bəlli olub.
“Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı “İnter”lə XXVII turun matçında (4:3) qapısında 3 qol görsə də, son matçlar öncəsi ən yaxşı adını təmin edib. Buna onun ən yaxın izləyicisi İbrahim Şehiçin meydana çıxmamağı səbəb olub. “Qarabağ”ın “Sumqayıt”la görüşündə meydana çıxmayan Şehiçin 2-ci pillədən yüksəyə qalxmaq şansı itib.
Bezotosnı 27 turda 14 dəfə qapısını toxunulmaz saxlayıb. İbrahimin hesabında 12 görüş olduğundan Dima onun üçün əlçatmazdı. Bu isə o deməkdi ki, aprelin 29-dakı matçlardan asılı olmayaraq Bezotosnı 1-ci, Şehiç 2-cidi.
Qeyd edək ki, quru oyunlar sayında 3-cü yerə şərik olan Fərhad Vəliyevlə (“Sumqayıt”) Tadas Simaitisin (“Kəpəz”) hərəsi 6 belə matç keçirib.