[b]Premyer Liqanın ikincisi[/b]
12.05.2016 - 11:04
[b]Premyer Liqanın ikincisi[/b]

Topaz Premyer Liqasında 2016-cı ilin yeni rekordu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın futbolçusu Xaqani Sadıqov bu il meydana çıxan ən gənc oyunçu olub.

 

XXXIV turun “İnter”lə səfər matçının 87-ci dəqiqəsində meydana daxil olan hücumçunun debütü 16 yaş 31 günlüyündə rəsmiləşib. Bununla da o, mövsümün 2-ci, ikinci yarının ən gənc futbolçusu adını qazanıb.

 

2000-ci il aprelin 10-da anadan olub, 2016-cı il mayın 11-də ilk matçına çıxan Xaqani komanda yoldaşı Yusif Həsənova məxsus mövsümün rekordundan 11 gün geri qalıb. Sonuncu XVIII turun ötən il dekabrın 20-də elə “İnter”lə səfərdəki matçında debüt edəndə 16 yaş 20 günlüyündə idi.