[b]Prosineçki “Qarabağ” – “Qəbələ” oyununda [/b]
26.08.2017 - 20:40
[b]Prosineçki “Qarabağ” – “Qəbələ” oyununda [/b]

Azərbaycan Premyer Liqasının III turunun mərkəzi qarşılaşması “Qarabağ” və “Qəbələ” arasında keçirilir. Apasport.az saytının məlumatına görə, qarşılaşmanı yığmamızın baş məşqçisi Robert Prosineçki də izləyir.

 

Uzun müddətdi ölkəmizdə olmayan xorvatiyalı çalışdırıcı istirahətə son qoyub. Dünənki matçlara köməkçilərini göndərən Prosineçki “Azərsun Arena”ya özü təşrif buyurub.

Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan görüşdə hesab açılmayıb.