[b]Prosineçki belə məğlubiyyət görməmişdi[/b]
12.11.2016 - 01:47
[b]Prosineçki belə məğlubiyyət görməmişdi[/b]

Millimizin Şimali İrlandiya ilə DÇ-2018-in seçmə oyunu antirkordla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, yığmamız baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ən acınacaqlı məğlubiyyətini alıb.

 

0:4 hesabı ilə uduzan komandamız xorvatiyalı mütəxəssisə görmədiyi darmadağını yaşadıb. 16-cı dəfə millimizi meydana çıxaran Prosineçki ən pis halda 3 top fərqli yenilgiyə üzülmüşdü.

 

Bu, ötən il iyunun 7-də Serbiya ilə yoxlama matçında qeydə alınmışdı. 1:4 hesablı məğlubiyyət xorvatiyalının yığmamızda üzləşdiyi yeganə böyükhesablı məğlubiyyət idi.

 

Seçmə mərhələdə ilk, ümumilikdə 2-ci darmadağın Belfastda yaşanıb və daha ağır olub.

 

Qeyd edək ki, Prosineçki 16-cı matçda 6-cı dəfə yenilgiyə şahidlik edib.