[b]Robert Prosineçki bir futbolçunu yığmadan uzaqlaşdırdı[/b]
30.05.2016 - 17:38
[b]Robert Prosineçki bir futbolçunu yığmadan uzaqlaşdırdı[/b]

Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, bir futbolçu komandanın düşərgəsini tərk edib.

 

Avstriyada təlim-məşq toplanışında olan millimiz Ufuk Budakı geri göndərib. Belə ki, futbolçu yeni komandaya transfer olunmaq ehtimalına görə, baş məşqçi Robert Prosineçkinin razılığı əsasında düşərgədən ayrılıb.

 

Qeyd edək ki, yığmamız toplanış çərçivəsində 2 yoldaşlıq görüşü keçirmiş, Andorra ilə qolsuz bərabərə qalıb, Makedoniyaya (1:3) məğlub olmuşdu.